backend

Mirşahin: Ana vətən yalnız kenqurular üçün deyil - VİDEO

Mirşahin: Ana vətən yalnız kenqurular üçün deyil - VİDEO






















"Azərbaycan çoxdandır ki, sizin gözaltınızdır".

Cənub Qaz Dəhlizi”nin təməl mərasimi ilə bağlı Heydər Əliyev Mərkəzində çıxış edən Rövnəq Abdullayev həyəcanla dedi ki, 2020-ci ildə Avropa Çempionatı Bakıya gələcək. Bu doğrudan da tarixdə qalacaq hadisədir. Çünki tarixdi ilk və son dəfə baş verəcək. Bakı 3 qrup oyununa və çempionatın dördə bir mərhələsinə sahib çıxacaq. Çempionatın Avropanın ən gözəl şəhərlərinə paylanması zamanı Bakı yada düşürsə, hər birimizə bir vətəndaş olaraq ancaq qürur və təbrik düşür. Bura artıq hündür bir yerdir. Uca və hündür. Elə bu nöqtədən də hər şey ələ görünür. Burdan baxıb adam demək, ilk növbədə elə əlində püşk paketi tutmuş və buradan istəniləndə bir, istənilməyəndə başqa sürprizdər çıxaran Qərbə müraciət etmək istəyir. Demək istəyir ki, ay əzizim Qərb! Axı necə olur ki, Azərbaycanın nefti və qazı yaxşı olur, demoktratiyası pis?! Hə?! Necə olur ki, siz Səudiyə Ərəbistanının ən mürtəce monarxiyaları ilə əməkdaşlıq edirsiniz, onların xalatı altından keçirsiniz, Latın Amerikasının ən qatı diktatorları ilə əməkdaşlıq edirsiniz. Amma Azərbayan işinizə yaramır?! Axı indi hər şey aydın görünür.

1992-94-cü illərdə kimlərinsə, hədəfinizin demokratiya olduğuna inandıra bilirdiniz. O zaman Azərbycan tanınmaq mərhələsində idi. Bu gün həm də tanımaq, bilmək təcrübəsi var. İki gözün olması təbiidir, amma gərək hamıya bir gözlə baxasan. Azərbaycan çoxdandır ki, sizin gözaltınızdır. Amma ala bilmirsiniz. Əvəzində demorktiya kimi müqəddəs idealları gözdən salırsınız. İş o yerə gəlib çatır ki, bu ölkə BMT-nin müfəttişlənini həbsxalanalarına buraxmır. Bunu istəyirdiniz? Azərbaycanın anlaşılmaz azadlıq aşiqlərini də başa düşə bilmirəm. Azərbaycan sanksiyalar hədəfi olacaq! Azərbaycana qadağalar qoyulacaq deyə bayquş muştuluğu istəyən həmvətənlərimiz bu doğrudanmı sizsiniz? Bir zamanların Azadlıq yolçuları. Yolçuluğu dilənçiliklə səhv salmayın. Unutmayın ki, ana vətən yalnız kenqurular üçün deyil, və ya kenqurular üçün deyilməyib.