Mingəçevirdə 10 nəfər sinif yoldaşını vəhşicəsinə döydü
798
Mingəçevirdə orta məktəb şagirdi sinif yoldaşları tərəfindən döyülüb.
AZTB.info Report-a istinadən xəbər verir ki, hadisə 13 saylı orta məktəbdə baş verib. Belə ki, 10-a yaxın məktəbli sinif yoldaşları Murad Musayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Baş, boğaz, qarın və qol nayihələrindən ağır xəsarətlər alan yaralı təcili xəstəxanaya çatdırılıb. Hazırda M.Musayevin müalicəsi davam etdirilir.