Sabirabadda ağır qəza: ölən və yaralananlar var — YENİLƏNİB

110

Sabirabadda ağır qəza: ölən və yaralananlar var — YENİLƏNİB














Sabirabadda yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
AZTB.info-nun APA-ya istinadla məlumatına görə, qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs - 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.

Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir.

***
Sabirabad rayonunda ağır yol qəzası baş verib.

"Ölkə.Az"ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ölən və yaralıların şəxsiyyətləri, həmçinin qəzanın təfərrüatları müəyyənləşdirilir.