backend

ABŞ-ın sanksiya qərarına Türkiyədən cavab gecikmədi — TARİXİ GƏRGİNLİK

ABŞ-ın sanksiya qərarına Türkiyədən cavab gecikmədi — TARİXİ GƏRGİNLİK














ABŞ hökuməti dünəndən Türkiyədən edilən viza müraciətlərini təxirə salıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə ABŞ-ın səfiri dünən Tvitter hesabında açıqlama verib. Açıqlamada deyilir: "Türkiyədəki bütün ABŞ diplomatik korpuslarındakı miqrant olmayan viza xidmətləri ləğv edilib".

İstanbuldakı ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ittihamı ilə həbsindən sonra rəsmi Vaşinqtonun bu qərarı marağa səbəb olub. Gecə yarısından sonra isə Türkiyə də eyni cavab verərək ABŞ vətəndaşlarının viza müraciətlərini ləğv etdiyini açıqladı.

Bir gün əvvəl ABŞ-ın XİN rəhbəri türkiyəli həmkarı Çavuşoğlu ilə telefonda danışıb. Amma Çavuşoğlunun açıqlamasına əsasən diplomatlar Şimali İraq, Suriya və İdlib mövzularını, bəzi konsulluq məsələlərini müzakirə ediblər. Tillerson viza qərarı ilə bağlı heç bir mesaj verməyib.
ABŞ səfiri isə ad çəkmədən qərarın Topuzun həbsi ilə bağlı olduğuna aid açıqlama verib: "Son günlər baş verən hadisələr, ABŞ hökumətini, Türkiyə hökumətinin Birləşmiş Ştatlar diplomatik missiyasının binaları və əməkdaşlarının təhlükəsizliyinə aid mövqeyini yenidən dəyərləndirmək məcburiyyətində buraxıb. Bu dəyərləndirmə prosesində səfirlik və konsulluğumuza gələn ziyarətçi sayını minimuma endirmək məqsədi ilə bu andan etibarən Türkiyədəki bütün ABŞ diplomatik missiyalarındakı miqrant olmayan viza xidmətlərini ləğv edirik".


ABŞ-ın sanksiya qərarına Türkiyədən cavab gecikmədi — TARİXİ GƏRGİNLİK