backend

Bakıda DYP əməkdaşları yeni pul yığma metodu tapıb

Bakıda DYP əməkdaşları yeni pul yığma metodu tapıb















Nömrələrdə qara xətt problemi

Bakıda bir neçə gündür avtomobillər saxlanılır və nömrə nişanlarının standartlara uyğun olmadığı əsas gətirilərək sürücülərdən rüşvət alınır. Rüşvətin alınma qaydası da qəribədir. Daxil olan məlumata görə, sürücüyə deyilir ki, pulu etibarnamənin və ya sənədlərin arasına qoyub gizlin şəkildə verinlər. Bu artıq araşdırma tələb edən mövzudur.

Artıq bir neçə gündür Bakının Yasamal, Nəsimi, Nərimanov və Abşeron rayonu ərazisində bu hal daha intensiv şəkil alıb. Daha qəribəsi odur ki, sürücüləri “cərimələyən” DYP əməkdaşları bu qaydaların son bir həftədir qəbul edildiyini əsas gətirirlər. Hansı ki, belə bir qanun falan yoxdur.
Qanuna görə, nömrə nişanları standartlara uyğun şəkildə hazırlanmalı, normativlərə uyğun avtomobillərin üzərinə asılmalıdır. Sürücülər nömrə nişanlarına heç bir müdaxilə edə biıməz. Əks təqdirdə 65 manat və 4 balla cərimələnə bilərlər.

Daha bir qəribə hal odur ki, bu problemlə saxlanılan sürücülərin əksəriyyəti nömrə nişanlarına heç bir müdaxilə etmədiklərini, nömrələrin Respublika Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən necə verilibsə o cürə də maşına bağlandığını bildirirlər. Nömrələrə də baxış keçirilərkən heç bir kənar müdaxilənin edilmədiyinin şahidi olmaq olur. Lakin belə bir halın baş verməsi sürücüləri bərk narahat edir.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov verdiyi açıqlamada bildirib ki, bu yeni qanun deyil: “Nömrələr standartlar və normativlərə uyğun hazırlanmalıdır. Bəzi sürücülər nömrələrdə bu qara xəttlərin qoyulmaması üçün xahişlər edirlər. Təbii ki, bu xahişlər qəbul olunmur. Əgər belə bir problem yaranıbsa sürücü aidiyyatı qurumlara müraciət edə bilər”.

Əməkdaşlarımızın apardığı araşdırmaya görə, nömrələrin bu formada hazırlanması, daha doğrusu standartların pozulması Baş Dövlət Yol Polis İdarəsində baş verir. Özü də cəmi 10 manata. Araşdırmalar zamanı bəlli olub ki, avtomobilinə yeni nömrə alan sürücü rəqəmlər arasında məlum qara xəttlərin olmasını istəmir. Buna görə, 10 manat “hörmət” edir. Deməli, qayda-qanunu sürücüdən qabaq Ramiz Zeynalovun Respublika Baş Dövlət Yol Polisi İdarəsində pozulur.

Faktla bağlı geniş araşdırma aparırıq.
bizimxeber.az