Azərbaycanlı qadına ögey oğlu təcavüz etdi - Türkiyədə daha bir dəhşətli hadisə

52

Azərbaycanlı qadına ögey oğlu təcavüz etdi - Türkiyədə daha bir dəhşətli hadisə













Türkiyənin Kayseri şəhərində 41 yaşlı azərbaycanlı M.Gülər ögey oğlu tərəfindən zorlanıb.

Qafqazinfo xəbər verir ki, qadın hadisədən sonra polisə şikayət edərək 21 yaşlı ögey oğlu E.Ərtoğrul tərəfindən zorlandığını bildirib.

Polis qısa zamanda Ərtoğrulu saxlayıb. O, keçirilən ilk məhkəmə prosesində həbsxanaya göndərilib.

Xatırladaq ki, iki gün öncə Türkiyənin Samsun vilayətinin Çarşamba rayonunda Azərbaycan əsilli Arzu İsmayılova da təcavüzə məruz qalıb. İki uşaq anası tanışı R. P.-dən (ad və soyadının baş hərfi) borc pul almaq üçün onun evinə gedib və orada ona təcavüz edilib. Qadın müqavimət göstərdikdə isə qarşı tərəf İsmayılovanın üzünə kimyəvi turşu töküb. Şübhəli şəxs polis tərəfindən saxlanılsa da, dindirildikdən sonra sərbəst buraxılıb.