backend

Zərdablı məmurla bağlı daha bir ittiham - GİLEY

Zərdablı məmurla bağlı daha bir ittiham - GİLEY














Redaksiyamıza Zərdab rayon Azərbaycan küçəsi bina 19, mənzil 8-də yaşayan Babayev Şakir Yusif oğlu tərəfindən şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş DİA.AZ-a yazır:

"DSMF-nin Zərdab Rayon Şöbəsinin müdiri Canpolad Vəliyevin əməlləri barəsində dəfələrlə müraciət etməyimizə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyev sizlərə hər dəfə Canpolad Vəliyevi müdafiə edərək yalan məlumatlar verir. C.Vəliyevin müdir olduğu idarədə qanunsuzluq baş alıb gedir. Bu barədə bütün hüquq mühavizə orqanlarına dəfələrlə yazılı məlumatlar vermişik. Bütün bunlara baxmayaraq C.Vəliyevin törətdiyi bu əməllərə görə hələ də azadliqda gəzir. Hansı ki, 80 manat dəyərində bir quzu oğurlayan həmin anda həbs edilir. İndi mən burdan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri S.Müslümova səslənirəm. Necə olur ki, bir quzu oğurlayan bir neçə il azadlıqdan məhrum olunur C.Vəliyev kimi bir məmur dövlətin pulunu istədiyi formada mənimsəyərək dağıdır. Bu sual həqiqətən çox maraqlıdır. Bütün bu özbaşınalıqların başında duran aparat rəhbəri Ə.Cəbiyevdir".

Dia.az olaraq bildiririk ki, narazı vətəndaş müraciətində əlavə ittihamlar da səsləndirib ki, həmin iddialarla kifayət qədər sualların olması səbəbindən işıqlandırmamaq qərarına gəldik.

Qarşı tərəfi də dinləməyə hazırıq.