backend

Bakı sakini arvadını güllələyərək öldürdü — YENİLƏNİB

Bakı sakini arvadını güllələyərək öldürdü — YENİLƏNİB













Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.

Bakı şəhər Prokurorluğundan AZTB.info-ya verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlunun odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.

S. Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

H. Kərimov şübhəli şəxs qismində saxlanılıb.

***

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.

AZTB.info-nun Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib.

S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.