Kataloniya rəhbərliyindən İspaniya hökumətinə — MARAQLI TƏKLİF

59

Kataloniya rəhbərliyindən İspaniya hökumətinə — MARAQLI TƏKLİF














Kataloniya rəhbərliyi Madridlə danışıqlara getməyə hazırdır.


Bu barədə Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon “CNN” kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İspaniya ilə danışıqlara getməyə hazırdırlar, lakin rəsmi Madrid əlavə şərtlər irəli sürməməlidir.

“Mən qəbul edirəm ki, biz İspaniya hökumətilə danışıqlara getməliyik. Onlarla müəyyən razılaşmalar olmalıdır. Lakin İspaniya hökuməti bizim müstəqilliyimiz barədə heç bir şərt irəli sürməməlidir. Danışıqlarda əlavə şərtlərin irəli sürülməsinə ehtiyac yoxdur”, - deyə K.Puçdemon bildirib.
Kataloniya rəhbərinin sözlərinə görə, hər iki hökumət danışıqlarda iştirak etmək üçün namizədlər təqdim etməlidir.

Qeyd edək ki, İspaniyanın Kataloniya əyaləti müstəqillik referendumu keçirib. İspaniyanın Kataloniya muxtar bölgəsində keçirilən referendumda xalqın 90.09 faizi müstəqilliyin lehinə səs verib. Oktyabrın 1-i keçirilən referendumun nəticələrinə görə respublika formasında müstəqil dövlət olmaq hüququ qazanıb. Bundan sonra Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. Lakin sonradan Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannaməni imzalayıb. Müstəqillik haqqında bəyannamə Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel tərəfindən imzalanıb. Bundan sonra sənəd 72 deputat tərəfindən imzalanıb.