Tanınmış meyxanaçıdan inanılmaz sözlər: “Məni narkotikə şirnikləndirmək üçün...”

24

Tanınmış meyxanaçıdan inanılmaz sözlər: “Məni narkotikə şirnikləndirmək üçün...”














Çoxdandır görünməyən tanınmış meyxanaçı Mehman Əhmədli sükutu pozub.

Yenicag.az-a danışan meyxanaçı maraqlı açıqlamalar verib:

“Son vaxtlar xoşuma gəlməyən verilişlərdən imtina edirəm. Amma yenə əvvəlki kimi toylara, məclislərə gedirəm. Biz meyxanaçıların adı bədnam çıxıb. Elə bilirlər ki, bütün meyxanaçılar hal əhlidir. İnanın, heç vaxt narkotikdən istifadə etməmişəm. Baxmayaraq ki, dəfələrlə məni şirnikləndirmək istəyiblər. Gəlib yanımda deyiblər ki, qəşəngdi, ləzzət edəcək, əhval-ruhiyyəni yüksəldəcək, toylarda, məclislərdə əla meyxana deyəcəksən… Amma heç vaxt məni təhrik edə bilməyiblər.

Yalan nə deyim, 2002-ci ilə qədər içki də içmişəm, siqaret də çəkmişəm. Söz yox ki, içib küçədə, tində-bucaqda yatmamışam. Sonra tövbə etdim, 15 ildir ki, nə içirəm, nə də siqaret çəkirəm. Sağlam həyat tərzi keçirirəm”.

M. Əhmədli heç vaxt meyxanada söyüş işlətmədiyini də deyib:

“Deyənlər özü bilər, amma mən meyxanada nə söyüş işlətmişəm, nə də qarşımdakına həddini aşmağa imkan vermişəm. Kimsə sərhəddi keçibsə, sözlə başa salmışam ki, olmaz”.