backend

Rusiya Ermənistana silah almaq üçün kredit verəcək

Rusiya Ermənistana silah almaq üçün kredit verəcək














Rusiya və Ermənistan arasında silah üçün ayrılan kredit məsələsində daha bir müqavilə imzalana bilər.

AZTB.info xəbər verir ki, erməni ordusunun müasir silahlarla və hərbi avadanlıqlarla təchiz edilməsi üçün Rusiya 100 milyon dollar dövlət ixrac krediti verəcək.

Müqavilənin imzalanması məsələsi isə Ermənistanda bu gün keçirilməsi planlaşdırılan hökumət iclasında müzakirə ediləcək. Əgər müqavilə imzalansa, Rusiya Ermənistana 100 milyon dollarlıq krediti 20 il müddətinə verəcək. Kreditin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.
Qeyd edək ki, iki il əvvəl, yəni 2015-ci ildə də Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollarlıq kredit vermişdi.