50 minlik İraq ordusu hərəkətə keçdi — Toqquşma qaçınılmazdır

56

50 minlik İraq ordusu hərəkətə keçdi — Toqquşma qaçınılmazdır













50 minlik İraq ordusu Ovaköyün qarşısındakı Dayrabun və Baciddə hərbi əməliyyatlara hazırlaşır.

Peşmərgə silahlıları "Buralar bizimdir, yaxınlaşanı vurarıq"-hədəsini etmişdi.

Rəsmi Bağdadın isə bu təhdidə cavabı gecikmədi: "Hədələrə boyun əyməyəcəyik, mübahisəli ərazilərdən çəkilin".
Bölgədəki mənbələr isə silahlı toqquşmanın qaçınılmaz olduğunu bildirir.

İraq ordusu Bərzaniyə bağlı peşmərgələrə qarşı əməliyyata hazırlaşır. İŞİD-ə qarşı mübarizə aparan 50 minlik ordu Haviceyi terrorçulardan təmizlədikdən sonra Bərzaninin işğalındakı Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib.