backend

TƏKZİB

TƏKZİB









Bir müddət öncə saytımızda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev ilə bağlı tənqidi məqalə yayımlanmışdı.
Sözügedən yazı dərc edildikdən sonra məqalədəki bir sıra fikirlər cəmiyyətin ayrı-ayrı qrupları tərəfindən kəskin etirazla qarşılanmışdı. Məhz bunları nəzərə alan qaynarxett.az mövzunu yenidən araşdırıb və dəqiqləşdirmə apararkən bəlli olmuşdur ki, doğurdan da həmin yazıda həqiqətə uyğun olmayan məqamlar yetərincədir. Qaynarxett.az olaraq həmin yazıdakı faktların yanlış olduğunu nəzərə çatdırmaqla Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevə üzrxahlıq edib, öz təəssüfümüzü ifadə edirik.


Qaynarxett.az