backend

Alimlərdən xəbərdarlıq: Yeni növ quş qripi yayılıb

Alimlərdən xəbərdarlıq: Yeni növ quş qripi yayılıb






















FAO bəyanatla çıxış edib.

BMT-nin ərzaq və kənd təssərrüfatı təşkilatı (FAO) cənubi-şərqi Asiya ölkələrində yeni növ quş qripinin yayılmasına dair xəbərdarlıq edib.

qaynarxett.az bu barədə BMT-nin xəbərlər Mərkəzinə istinadən xəbər verir.

H5N6 virusu bu ilin aprelində Çində, sonradan isə Laos və Vyetnamda aşkar edilib.

Söhbət dünyanın ən sıx əhalisi olan və quşçuluğun inkişaf etdiyi rayonlardan gedir. Burada quşçuluqla yalnız ayrı-ayrı ailələr deyil, eləcə də kiçik və orta kommersiya təssərüfatları da məşğul olur.

Hələlik yeni virusun insanlara yoluxmasına dair məlumat yoxdur, amma FAO regionun heyvandarlıq və iqtisadiyyatı üçün olan təhlükə barədə xəbərdarlıq edir.

Ümumdünya səhiyyə təşkilatı və FAO Cənubi-Şərqi və Şərqi Asiya ölkələrinin hakimiyyətini quşlarda qripin aşkar edilməsinə və insanların yoluxması ilə bağlı monitorinqlərin keçirilməsinə dair səylərini gücləndirilməyə çağırıb.