backend

Zakir Həsənov türk general Hulusi Akarla görüşdü

Zakir Həsənov türk general Hulusi Akarla görüşdü













Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla görüşüb.

AZTB.info APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub.
Z.Həsənov və H.Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.