backend

“Xəzər” televiziyasının məşhur aparıcısını qanına qəltan etdilər

“Xəzər” televiziyasının məşhur aparıcısını qanına qəltan etdilər






















Onun avtomobilinə oturan qonşusu düşmək istəməyib.

Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.

qaynarxett.az ANS PRESS-ə istinadən bildirir ki, hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb.

Qonşuların verdikləri məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.

Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.

Hadisədən sonra ərazidə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Bölmədən verilən məlumata görə, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.