“Maşın şou”da saxtakarlıq olub

91

“Maşın şou”da saxtakarlıq olub













“ATV” telekanalında yayımlanan “Maşın şou”da daha bir saxtakarlıq üzə çıxıb.

AZTB.info-nun “yenicag.az”a istinadən məlumatına görə, bu ötən gecə Elşad Xosenin Vüsalə Kərimova tərəfindən şoudan kənarlaşdırıldığı an baş verib.

Belə ki, Vüsalə Kərimova Elşad Xoseni yarışdan uzaqlaşdırdığını bəyan etdikdən sonra maşının ətrafına qayıdır və dərhal əlini avtomobildən çəkir.
Bu isə birbaşa qaydalara ziddir. Belə olan halda Vüsalənin özü də yarışı tərk etməli idi.