Azərbaycan pambığının keyfiyyəti tekstil sənayesinin tələblərinə cavab verir? — Ekspert rəyi

Iqtisadiyyat 22-10-2017, 10:37
Azərbaycan pambığının keyfiyyəti tekstil sənayesinin tələblərinə cavab verir? — Ekspert rəyi













Azərbaycan pambığının keyfiyyəti yerli tekstil sənayesinin tələblərinə cavab verir.

Bunu Trend-ə Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri Mehriban Axundova deyib.

Onun sözlərinə görə, 2017-ci ildə pambıq məhsulunun keyfiyyəti ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb: "2017-ci il məhsulu üzrə ilkin nəticələr onu göstərir ki, pambıqçılığa dövlət dəstəyi proqramı həm məhsulun həcminə, həm də xammalın keyfiyyətinə öz təsirini göstərib".

Assosiasiya sədri daha sonra qeyd edib ki, bu il innovativ üsullar tətbiq olunub: "Bu il innovativ üsullar tətbiq olunub, yeni sortlar istifadə edilib. Hələlik nəsə demək tezdir, amma ilkin nəticələr məhsulun 3 dəfə artacağını proqnozlaşdırmağa imkan verir".
Qeyd edək ki, bu il Azərbaycanda pambıq tədarükü ötən illə müqayisədə 5,9 dəfə, pambıq sahələri isə 2,7 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu il 136413 hektar sahəyə pambıq əkilib, qəbul məntəqələrinə təhvil verilən pambığın miqdarı isə 41863 ton olub.

Ən çox pambıq isə bu il Saatlıda (8334 ton) tədarük olunub.
Oxunub: 386
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10