backend

Parlament sədri özünü prezident elan etdi — Moldovada nə baş verir?

Parlament sədri özünü prezident elan etdi — Moldovada nə baş verir?













Moldovada maraqlı qanun qüvvəyə minib.
Oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb. Məhkəmə İ.Dodonun müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirmək vəziyyətində olmadığını və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcyini açıqlayıb.

Bu qanundan bəhrələnən Moldova parlamentinin spikeri Andrian Kandu ölkə başçısı İqor Dodonun səlahiyyətlərinə yiyələnib. Bu barədə parlamenin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident İqor Dodon parlamentin buraxılmasına, növbədənkənar seçkilərin və öz siyasətinə kütləvi dəstək aksiyalarının keçirilməsinə çağırmışdı.
“Moldovanın növbədənkənar parlament seçkilərinin keçirilməsindən və prezident idarəçiliyi formasına keçiddən başqa yolu yoxdur”, - deyə İ.Dodon bildirmişdi.

Xatırladaq ki, Moldova parlamentli respublikadır. Deputatlar və prezident İ.Dodon arasında daim fikir ayrılığı qeydə alınır.