Beyləqanda sakinlər narazılıq edir - GİLEY

gundem / Bolge 25-10-2017, 11:09
Beyləqanda sakinlər narazılıq edir - GİLEY














Beyləqan rayonunda gündən – günə artan narazılıqlarla bağlı ölkə mediasında geniş məlumat verilib. Lakin məmur özbaşınalığından cana doyan insanların haqlı şikayətlərinə biganə münasibət cəzasızlıq mühiti yaratmaqla yanaşı özabaşınalığın da genişlənməsinə şərait yaratmaqdadır.
Bir neçə gün öncə Realliq.info – ya daxil olan məlumatda göstərilən faktlar Beyləqanda vəziyyətin heçdə ürəkaçan olmadığını təsdiq edir.
Belə ki, rayonun Daşburun qəsəbəsinin sakinləri ötən həftənin 4-cü günü ərazidən kkeçən qatar yoluna çıxaraq qatarların hərəkətini əngəlləmişlər. Buna səbəb yaşayış məntəqəsinə qazın verilməməsi və vətəndaşların digər sossial problemlərinin həll edilməməsidir. Rayon sakinləri Realliq.info – ya bildiriblər ki, icra başçısı Vaqif Abdullayev hər gün eyş – işrət məclisi quraraq öz kefindədir. Etiraz edən, haqqını tələb edən rayon sakinlərini isə təhqir etməkdən çəkinmir.
Beyləqan İcra hakimiyyəti aparatının adını çəkilməyəni istəməyən əməkdaşı Realliq.info – ya bildirib ki, rayonda camaatı təhqir edən İcra başçısı etirazları coşdurmaqdadır. Mənbənin bildirdiyinə görə icra başçısı Vaqif Abdullayev hər gün içki məclisindən sonra narazılıq edən vətəndaşları təhqir edir. Məhz bunun nəticəsidir ki, dəmiryoluna çıxan yüzlərlə insan sərnişin qatarının qarşısını kəsərək diqqətləri problemlərinin həllinə yönəltmək istəyirlər.
Məsələ ilə bağlı Beyləqan rayon icra başçısının münasibətini öyrənməyə cəhd etdik. İcra hakimiyyətindən bildirdilər ki, Vaqif Abdullayev yerində deyil.
Realliq.info Beyləqanda baş verən özbaşınalıqlarla bağlı araşdırmaları davam etdirir. Yaxın zamanlarda ətraflı məlumat verəcəyik.
Oxunub: 453
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10