"Hətta onlardan 1500 manat pul tələb edib..." - GİLEY

99

"Hətta onlardan 1500 manat pul tələb edib..." - GİLEY















Nə vaxta kimi baş verən haqsızlığa, yaşanan çatışmazlığa Təhsil Nazirliyi tərəfindən biganə münasibət sərgilənəcək, o vaxta kimi də ümumtəhsil məktəblərində xoşagəlməz hallar yaşanacaq. Artıq neçə dəfədir mətbuat vasitəsi olaraq bir məktəbdə yaşanan faktları ictimaiyyətin diqqətinə çatdırmışıq. Hətta bununla bağlı Təhsil Nazirliyinə yazılı müraciət də etmişik. Amma təəssüflər olsun ki, nazirlik baş verənlərin qarşısında susur, heç bir araşdırma, yoxlama aparmaqda maraqlı görünmür. Əks halda artıq çoxdandan qeyd olunanlar nəticəəsiz qalmazdır.

Bildirək ki, Göyçay rayon, Şirbala Saabov adına Qaraməryəm kənd tam orta məktəbində baş verənlər həqiqətən də ciddi faktlardır. Kivnews.com İnformasiya Portalına yazılı müraciət edən məktəbin müəllimi başına gələnləri qələmə alıb. Vətəndaş bildirib ki, ötən il 2016-2017-ci tədris ilində məktəbdə 5 yaşlılar üçün hazırlıq qrupu açıldı. Təlimata əsasən hazırlıq qruplarını 4-cü sinfi aparan müəllimlərə verilməli idi: “Direktor əvəzi Nahidə xanım qrupun birini Əsnayə müəlliməyə, digərini isə 2-ci sinifdə dərs deyən Qəmzə müəlliməyə həvalə edib. Onlara isə deyib ki, siz 4 il bu qrupları aparacaqsınız. Hətta onlardan 1500 manat pul tələb edib. Əvvəl müəllimlər bu pulu verməkdən imtina ediblər. Lakin sonra hədə-qorxu gəliblər ki, verməsəniz dərsinizi əlinizdən alacaqlar. Buna görə də, əlacsız qalan müəllimlər kredit götürərək 1500 manat direktor əvəzinə veriblər”.

Bildirilir ki, bu il Zəminə müəllimlə Əsnayə müəllimə birinci sinif götürməli idilər: “Sinfin birini Qəmzə müəllimə götürdü. Bu zaman isə özünün dərs dediyi 3-cü sinifdən imtina etdi. Digər qrupu isə Zəminə müəllimə verdilər. Bu zaman Əsnayə müəllimə qalıb kənarda”. Əsnayə müəllimə verdiyi pulu tələb etdikdə, bildirilib ki, pul yoxdur. Ona əvvəl 22 saat dərs veriblər. Sonra isə 16 saata endiriblər.

Təbii ki, bu faktlar mətbuata ünvanlanırsa, deməli adıçələn məktəbdə xoşagəlməz hallar bununla bitmir. Düzdür, əlimizdə orta məktəbdə yaşanan digər problemli məsələlərlə bağlı faktlar var. Amma maraqlıdır ki, Təhsil Nazirliyi bu faktları görməzdən gəlir, heç bir araşdırma aparmır. Görünür, Nahidə xanım bu faktların yayılmasının qarşısını almağa gücü çatmasa da, araşdırılmanın aparılmasına qarşı sinəsini sipər edə bilib. Amma belə getməz, nazir Mikayıl Cabbarov mütləq addım atmalıdır.