backend

İraq ordusu peşmərgəni atəşə tutdu — SON DƏQİQƏ

İraq ordusu peşmərgəni atəşə tutdu — SON DƏQİQƏ













İraq ordusunun hərbi əməliyyatları davam edir.
İraq ordusu və İranın dəstəklədiyi qüvvələr Mosulun şimali-qərbindəki Zumar bölgəsindən peşmərgə silahlılarını atəşə tutub.

Məsələ ilə bağlı Şimali İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Şurası açıqlama verib. Şura İraq ordusu və "Haşdi Şabi" qruplaşmasının dərhal geri çəkilməsini tələb edib. Kürd Muxtariyyəti diplomatik həll istəyi irəli sürüb. ABŞ-a da çağırış edən Təhlükəsizlik Şurası İraqın məsuliyyətsiz davranışlarının dayandırılmasını tələb edib.
Digər tərəfdən isə İraq ordusu səhər saatlarında İŞİD-ə qarşı əməliyyata start verib. Beynəlxalq koalisiya qüvvələri də İraq ordusunu dəstəkləyir.