Rusiya prezidenti Vladimir Putin həyata keçirilən raket sınaqları ilə bağlı yeni əmr imzalayıb. Sınaqlar çərçivəsində nüvə başlığı daşıyan 3 ballistik raket sınaqdan keçiriləcək.
Rusiya dünən həyata keçirdiyi sınaqlarda "Satan 2" adlı "A RS-28 Sarmat" tipli raketi havaya atmışdı. Raket sınağı çərçivəsində biri Yaponiya sahillərində, digəri Şimal Buzlu Okeanında olan iki rus sualtı qayığından Rusiya torpaqlarındakı hədəflər vurulmuşdu.