backend

20-dən çox rayonun qaz təchizatı məhdudlaşdırılır

20-dən çox rayonun qaz təchizatı məhdudlaşdırılır






















Təmir-quraşdırma işləri aparılır.

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, qaz xətlərinin mənbələrə birləşdirilməsi, qaztənzimləyici və sipərin quraşdırılması, həmçinin yeni quraşdırılmış ölçü qovşağının şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Şabran rayonuna, saat 17:00-dək Qaradağ və Yasamal, saat 18:00-dək Quba rayonuna, Qobustan, Xaçmaz, İsmayıllı, Qazax, Xəzər, Bərdə, Zərdab, Ağstafa, Ağdaş, Samux, Göygöl və Şəmkir, işlər başa çatanadək isə Xətai, Suraxanı, Lənkəran, Lerik və Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.