backend

Siyavuş Novruzov Barak Obamanı sərt tənqid etdi

Siyavuş Novruzov Barak Obamanı sərt tənqid etdi






















“Azərbaycan yeganə ölkədir ki...”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

qaynarxett.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında millət vəkili qeyd edib ki, Obama çıxışından öncə Azərbaycan qanunlarını oxumalı idi:

“Birincisi, çıxış etmədən öncə Obama ya özü, ya da köməkçiləri Azərbaycanda qeyri-hökümət təşkilatları haqda qanunları oxumalı idi ki, bilsinlər söhbət nədən gedir. Azərbaycandakı QHT-lər haqdakı qanunlar dünyanın hər bir ölkəsindəki qanunla eynidi. Burad QHT-lərin fəaliyyəti, qeydiyyatdan keçməsi, həyata keçirdikləri layihələr qanunda normal şəkildə öz əksini tapıb. İkincisi, Azərbaycan yeganə ölkədir ki, QHT-lərin maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir.

Yəni, istənilən QHT layihə təqdim edir və QHT-lərə yardım fondundan kifayət qədər maliyyə ayrılır. Biz həmişə şəffaflığın tərəfdarı olmuşuq. Burada isə söhbət o QHT-lərdən gedir ki, qeyri-şəffaf yolla ayrı-ayrı xarici ölkələrdən qrantlar alıb təyinatına uyğun olmayan istifadə edilməsindən gedir. Bütün dünyada da tələb olunur ki, QHT-lər şəffaf olsun”.

YAP funskoneri QHT-lərlə bağlı məsələni aydınlaşdırmaq üçün Gürcüstanı misal çəkib:

“Vaxtilə Gürcüstanda Soros Fondu elan etdi ki, qızılgül inqılabını biz maliyyələşdirmişik. Soros Fondu da qeyri-hökümət təşkilatı idi. Bu cür təşkilatlar yerli QHT-ləri maliyyəşdirməklə onları qeyri-qanuni işlərə məcbur edirlər. Bunun şahidi də olduq. Onların arasında erməni lobbisi tərəfindən maliyyələşən QHT rəhbəri müəyyən olunub. Bir çoxu məsuliyyətə cəlb edilib. Obamanın yanlış informasiya ilə çıxış etməsində də erməni lobbisinin rolu var. Obamanın çıxışı Azərbaycanın reallığını əks etdirmir. Ölkədə olmayan, yalan informasiyalar əsasında verilən bəyanatdır. Bunda da erməni lobbisinin və sapı özümüzdən olan baltaların xüsusi rolu var”.

Siyavuş Novruzov deyib ki, Obama özü qarışdırdığı işlərlə məşğul olmalıdır: “Obamanın bu açıqlaması Azərbaycan-ABŞ münasibətlərinə heç bir təsir edə bilməyəcək. Belə bəyanatlar olur. Obamanı hər dəfə məcbur edirlər ki, 24 aprellə bağlı da danışsın. O, “Erməni soyqırımı” ifadəsini işlətməsə də ermənilərin öldürüldüyünü deyir. Amma Türkiyə ilə münasibətlərdə də heç nə dəyişmir.

Bu klassik olaraq ABŞ rəhbərlərinin müxtəlif sahələrə diqqət göstərməsidir. Dünyanın bu qədər qlobal problemləri var, Şərq bir tərəfdən, qərb bir tərəfdən qarışıb. Rusiya-Ukrayna münasibətləri, bu tərəfdən İŞİD, o tərəfdən başqası, Obamanı isə Azərbaycandakı QHT-lər maraqlandırır. Hansı ki, o işləri də bunlar qarışdırıb, indi də onların həlli ilə məşğul olmalıdır. Obama həm Ukraynanı, həm də ərəb dünyasın qatıb bir-birinə, indi də terrorçuların öhdəsindən gələ bilmir. Bununla məşğul olmaq əvəzinə gəlib Azəraycanda QHT-lərlə məşğul olur”.

Qeyd edək ki, ABŞ prezidenti Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində Azərbaycanla bağlı bu fikirləri səsləndirmişdi:

“Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”.