backend

Ərdoğan: "Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir" - VİDEO

Ərdoğan: "Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir" - VİDEO














Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

AZXEBER.COM-un məlumatına görə, R. T. Ərdoğan bildirib ki, ölkələrin rifahı istiqamətində yeni addım atılır: "Bakı-Tbilisi-Qars dəmir yolunun açılış münasibəti ilə sizinlə bir yerdə olmaqdan şadam. Yeni İpək Yolunun bir həlqəsi, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi istifadəyə verilir. Artıq Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək. Azərbaycanlı dostlarımız deyir ki, zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir. Bu layihənin bütün bölgəmiz, xalqlarımız üçün xeyirli olmasını diləyirəm". Türkiyə prezidenti qeyd edib ki, üç ölkə dünyanın ürəyi adlanan bir hissədə yerləşir: "Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq.

Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır.

Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq". R. T. Ərdoğan nəzərə çatdırıb ki, bölgənin qədim dövlətləri olaraq birlikdə daha böyük layihələrə imza atıla bilər: "Cənub Qaz Dəhlizi bunlardan biridir. Bir daha hər kəsi təbrik edirəm".

Ərdoğan həmçinin bu layihənin əhəmiyyətindən danışarkən Azərbaycan atalar sözündən sitat gətirib: "Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir"

Həmin görüntüləri təqdim edirik: