backend

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu



















Güclü şimal qərb küləyi gündüz mülayimləşəcək.

Sentyabrın 25-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Fasilələrlə yağış yağacaq.

qaynarxett.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə şimşək çaxacaq, güclü şimal qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu, gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə yağışının intensivləşəcəyi gözlənilir. Gecə güclənən qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.