backend

Arı sancan Zabrat sakini vəfat etdi

Arı sancan Zabrat sakini vəfat etdi














Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.
AZTB.info Report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri araşdırılır.