backend

Ağsuda qonşular it üstündə qırğına çıxdılar — VİDEO

Ağsuda qonşular it üstündə qırğına çıxdılar — VİDEO














Ağsuda iki qonşu arasında maraqlı mübahisə baş verib. Kişi itini öldürən qonşusundan qisas alıb. O da gecə qonşunun həyətinə girərək onun itini öldürüb və ağacdan asıb. Qonşuların it mübahisəsi böyüdüyündən məsələni polis nəzarətə götürüb.
AZTB.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, rayon sakini Almaz Adıgözəlova həyətdə itin hürdüyünü eşidib və evinə naməlum şəxslərin girməsindən şübhələnib. Lakin qəfildən itin səsi kəsilib. Həyətə çıxanda görüb ki, it öldürülüb və ağacdan asılıb.

Ev sahibi əvvəlcə həyətə oğru girməsindən şübhələnib. Sonradan məlum olub ki, itini qonşusu öldürüb. Evinə basqın edənin kimliyini dəqiqləşdirmək üçün polisə müraciət edib. Məlum olub ki, onun həyətinə girib itini öldürən şəxs qonşusu Qabil Nəbiyevdir.

Qabil iti asaraq öldürdüyünü etiraf edib. O, öz əməlini qonşusunun onun itini öldürməsi ilə əlaqələndirib.
İki qonşu arasında başlayan mübahisəyə polis müdaxilə edib. Hazırda kimin haqlı, kimin haqsız olduğu dəqiqləşdirilir.