backend

Təcili!!! PARTİYA SƏDRİ ÜSYAN ETDİ: “Azərbaycanın nazirlərindən birinin 15 nəfərin qətlində əli var!” - KİMDİR O?

Təcili!!!  PARTİYA SƏDRİ ÜSYAN ETDİ: “Azərbaycanın nazirlərindən birinin 15 nəfərin qətlində əli var!” - KİMDİR O?

“Azərbaycanın nazirlərindən birinin 15 nəfərin qətlində əli var!”

Qaynarxett.az-ın məlumatına görə, belə şokedici açıqlama ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çıxış edib. Partiya sədri ovqat.com saytına müsahibəsində bu barədə danışıb.

S.Cəlaloğlu Azərbaycan hakimiyyəti daxilində Rusiyanın maraqlarını qoruyan çox ciddi qüvvələrin olduğunu, belə məmurların Azərbaycan dövlətinə xəyanət etdiklərini deyib. Müsahibədən sitat:
Təcili!!!  PARTİYA SƏDRİ ÜSYAN ETDİ: “Azərbaycanın nazirlərindən birinin 15 nəfərin qətlində əli var!” - KİMDİR O?
“Azərbaycan xalqına qarşı represiyalarda iştirak edən adamların özləri və ya nəsilləri vəzifəyə gətirilib. Milli, istiqlalçı qüvvələrə divan tutanların övladları bu gün də öz ata-babalarının iziylə gedir, ölkəmizin iqtisadi gücünə, mülkiyyətinə, hakimiyyət strukturlarına nəzarət edirlər. Bu barədə cəmiyyətdə kifayət qədər informasiya var. Hətta nazirlərdən birinin 15 nəfərin qətlində əli olduğu barədə məlumatlar var. Qurbanlarından 3-ü isə öz katibələridir. Bizə bu barədə təfsilatlı məlumat verilmişdi və 200 şahid həmin sənədə imza atmışdı. Biz də öz növbəmizdə həmin məlumatları Baş Prokurorluğa ötürdük. Di gəl ki, heç bir ölçü götürülmədi. Digər nazirlər də onun kimi, vətəndaşlara qarşı ağır cinayətlərdə, xarici dövlətlərə işləməkdə günahlandırılırlar”.


S.Cəlaloğlu son dediklərinə misal kimi “baş nazirin müavinlərindən birini” göstərib, Azərbaycan dövlətinə, milli maraqlarımıza, vətəndaşlara qarşı cinayətlərdə iştirak edən qüvvələrin cəzalandırılmasının vacibliyini vurğulayıb. “Bu, təxribat yoluyla vətənə xəyanətdir. Bu cür insanlara qarşı dövlət laqeyd qalmamalıdır. Yəqin ki, “İsgərdərnamə”də bir epizodu xatırlayarsan. Bəhram Gur bir gün gəzintiyə çıxır. Görür ki, çoban bir iti asıb. Soruşur: sən niyə bu iti asıbsan? Coban cavab verir ki, mən bu itə hamısından çox yal vermişəm. Bu isə gedib canavarlarla birləşib, onları sürüyə dadandırıb. Bax, o “itləri” asmaq lazımdır. Hansı ki, gedib ya Rusiyanın, ya İranın siyasi gücünü Azərbaycana gətirib, onun 5-ci kolonluğunu edirlər. Bir var hansısa dövlətlə Azərbaycan arasında körpü qurasan, bir də var Azərbaycanı hansısa dövlətin təsiri altına salasan. Azərbaycan dövləti bu iki məfhunu bir-birindən ayırmalıdır”.

Maraqlıdır, S.Cəlaloğlunun qətllərdə ittiham etdiyi nazir kimdir?


Qaynarxett.az