backend

Xırdalanda avtomobil qəzası — Ölən var

Xırdalanda avtomobil qəzası — Ölən var














Abşeron rayonunda yük avtomobili piyadanı vuraraq öldürüb.
AZTB.info "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib. Belə ki, yük avtomobili yol keçən təxminən 20-25 yaşlı oğlanı vurib. Hadisə zamanı yük avtomobilinin sürücüsü əyləcdən istifadə edərkən maşın aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya aparılıb.

Piyada isə hadisə yerində ölüb.
Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.