backend

“iPhone X” başa bəla olacaq — SƏBƏB

“iPhone X” başa bəla olacaq — SƏBƏB















Apple” şirkəti yeni “iPhone 8” və “iPhone X” smartfonlarının təmir xərclərini açıqlayıb.
“iPhone X” smartfonu üçün ən çox xərc onun prosessorunun və digər sxemlərinin təmiri zamanı çəkilə bilər. Bunun üçün 549 ABŞ dolları xərclənməlidir. Bu tip smartfonların ən həssas hissəsi isə ekrandır. Onun ekranının təmiri üçün isə 279 ABŞ dolları tələb olunacaq. Şirkətdən verilən məlumata görə, “iPhone 8” smartfonlarının isə ekranına 169 dollar xərcləmək lazım gələcək. Onu da bildirək ki, ABŞ-da ən ucuzlu “iPhone X” 999 dollardır.

Qeyd edək ki, “Apple” şirkəti bu ilin sentyabr ayında yeni "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib. “iPhone X” gözləndiyi kimi bir çox yeniliklərlə gəlib. “iPhone X” ilk dəfə metal korpusla istifadəyə verilib. 2 rəngdə istehsal edilən bu smartfonlar qara və boz rənglərində olacaq. Smartfonların arxa hissəsi şüşədən hazırlıb. "iPhone X"-də 6 nüvəli A11 Bionic prosessoru yer alıb ki, bu da əvvəlkindən 70% sürətlidir.
Qeyd edək ki, telefonun qiyməti Azərbaycanda təqribən 1800 manat olacağı gözlənilir.