backend

Qarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEY

Qarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEY















Nicat İsmayılov Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. O iki azyaşlı qız övladları ilə birlikdə kənd ərazində yerləşən pambıq məntəqəsinin həyətindəki qəzalı vəziyyətdə olan binada yaşayır. Bina demək olar ki, yaşayış üçün yararsızdır, hətta, uçmaq təhlükəsi ilə üz-üzədir.

Cebhe.info-ya müraciət edən N. İsmayılov ona indiyə kimi pay torpaq sahəsinin verilməməsindən şikayətlənir:

“Atam Qarabağ müharibəsi veteranıdır. O müharibədən sonra bizi də götürüb Rusiya Federasiyasına köçdü. Xeyli müddət orada yaşadıqdan sonra dünyasını dəyişdi. Biz də məcbur qalıb rayona qayıtdıq. Torpaq bölgüsü zamanı kənddə hərkəsə pay torpaq verilib, lakin bizə indiyə kimi bir qarış da torpaq verilmir. Dəfələrlə müraciət eləmişəm, lakin müraciətimə baxan yoxdur".

Ağcabədi rayonunun Hüsülü kənd sakinləri dolanışıqlarını əsasən əkinçilik təsərrüfatı ilə təmin edirlər. Lakin bunu Nicatın ailəsi haqqında demək mümkün deyil. Belə ki, ailə həmkəndlilərindən fərqli olaraq, evə bir tikə çörək qazanmağın yollarını başqalarının təsərrüfatında fəhlə işləməklə qazanır. Halbuki N. İsmayılov gənc olmasına baxmayaraq, əkinçilik təsərrüfatı ilə məşğul olmağa həm fiziki imkanı, həm də geniş təcrübəsi var.

Məsələni araşdırmaq üçün Hüsülü kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, rayonda torpaq islahatları aparılarkən, ailə kənddə olmayıb. Məhz, bu səbəbdən onlar torpaq bölgüsündən kənarda qalıblar. Bundan başqa, yerli bələdiyyə rəsmisi gələcəkdə də ailəyə torpaq veriləcəyi barədə heç bir söz verməyib.
Qarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEYQarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEYQarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEYQarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEYQarabağ qazisinin ailəsinə torpaq verilmir - GİLEY