backend

Azərbaycanda bir kişinin iki arvadı kişiyə görə saçyolduya çıxdı

Azərbaycanda bir kişinin iki arvadı kişiyə görə saçyolduya çıxdı






















2-ci arvad 1-cini xəstəxanalıq edib.

Zaqatalada bir kişinin iki arvadı arasında insident baş verib.

qaynarxett.az Kanal S-ə istinadən bildirir ki, hadisə rayonun Cılban kəndində qeydə alınıb.

Məlumatlara görə, adı hələlik açıqlanmayan kənd sakininin həyat yoldaşları arasında mübahisə düşüb. Nəticədə 2-ci arvad 1-cini xəstəxanalıq edib. Hadisə zamanı 1961-ci il təvəllüdlü, Cılban kənd sakini Didrayeva Şahruq Soltanəhməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralı zərbələri əsasən başından alıb. İlkin ehtimallara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır. Hadisənin təfərrüatları barədə ətraflı məlumat veriləcək.