backend

“Azərsu”dan – XƏBƏRDARLIQ

“Azərsu”dan – XƏBƏRDARLIQ






















İçməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar 25 sentyabr 2014-cü il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

qaynarxett.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.