backend

Azyaşlı qızı öpən kişini vəhşicəsinə döydülər

Azyaşlı qızı öpən kişini vəhşicəsinə döydülər






















Kişi qızı əzizləyib oxşadığını qeyd edib.

Türkiyənin Adana şəhərində yaşlı bir kişinin azyaşlı qıza qarşı xoşagəlməz hərəkətlər etdiyi məlum olub.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Adanada 71 yaşlı kişi 3-cü sinif şagirdi olan 8 yaşlı bir qıza qarşı seksual hərəkətlər etdiyi iddiası ilə döyülüb.

Hadisə Adananın Dumlupınar məhəlləsində baş verib. Azyaşlı qız məktəbdən evə qayıdarkən, eyni məhəllədə yaşadığı yaşlı kişi ilə qarşılaşıb. Kişi onu oxşayıb və daha sonra qucağına almaq istəyib. Onun bu hərəkətlərini görən ətrafdakılar kişinin qızı zorladığını düşünərək onu döyməyə başlayıblar. Hadisə yerinə gələn polislər kişini onların əlindən çətinliklə də olsa almağı bacarıb.

Polis tərəfindən saxlanılan kişi isə izahatında pis niyyətinin olmadığını, sadəcə qızı əzizləyib oxşadığını qeyd edib.