Ağsuda idarə rəisi 4 min manat cərimələndi

gundem / Bolge 3-11-2017, 13:14
Ağsuda idarə rəisi 4 min manat cərimələndi














Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağsuçayın Ağsu şəhəri ərazisindən keçən hissəsində, Natəvan küçəsində və Ülgüc kəndinə gedən yolun sağ tərəfində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub.
Şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə "Ölkə.Az"a ETSN-in mətbuat xidmətindən məlumat verilib.
Sözügedən ərazilərə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlandığı aşkar edilib.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.
Yol verilmiş qanun qozuntularının aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, eləcə də Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Oxunub: 406
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10