backend

Elm dünyası şokda — Peruda tapılan mumyalar yadplanetlilərə məxsusdur

Elm dünyası şokda — Peruda tapılan mumyalar yadplanetlilərə məxsusdur














Bu il Perunun Nazka bölgəsində üçbarmaqlı və uzunsov başı olan mumyalar aşkar edilib.

AZTB.info olke.az-a istinadən xəbər verir ki, Xose Benitez və Edson Vivankoa mumyaların yadplanetlilərə məxsus olduğunu iddia edib. Mütəxəssislər mumyaları Nazkadakı mağarada tapmışdılar.

Mumyaların olduğu mağarada sirli ağ bir toz olduğunu bildirən mütəxəssislər bu kəşfdən sonra iki qrupa ayrılıb. Bir çox alim və elm adamı mumyaların saxta olduğunu bildirirlər.

Amma ingilis mətbuatına müsahibə verən iki alim isə mumyaların yadplanetlilərə məxsus olduğunu bildirib. Edson deyib:

"Tədqiqatlarda iştirak etdim və aparılan analizlər nəticəsində mumyanın bəzi nöqtələrinin yadplanetli ola biləcəyini müəyyən etdik".

Meksikalı Xose Benites isə ingilis UNO mütəxəssisi Stiv Mira ilə Peruya gedib və ərazini incələyib. Benites deyib: "Mən mumyanın fərqli nöqtələrində qəribə detallar aşkar etdim. əvvəlcə bu adi vücuda bənzəyirdi. Amma yaxından baxanda kəllə sümüyünün iri, gözlərin geniş, burunun isə daha kiçik olduğunu, qulaqların isə olmadığını gördüm. Sümük strukturu da fərqlidir".