backend

Füzuli Təhsil Şöbəsindən Mehriban Əliyevaya şikayət:”Bizi süründürməçilikdən qurtarın”

Füzuli Təhsil Şöbəsindən Mehriban Əliyevaya şikayət:”Bizi süründürməçilikdən qurtarın”













Füzuli rayon təhsil şöbəsində baş verən qanusuzluqlar və əyintilər artıq vətəndaşları boğaza yığıb.

Sonolay.org-a verilən səhih məlumatlarda qeyd olunur ki, bu rayonun ümumtəhsil sisteminə ayrılmış büdcə vəsaitləri təyinatı üzrə deyil, şəxsi məqsədlərə sərf olunur. Yerli təhsil şöbəsinin müdirəsi Ramella Məmmədovanın təhsildən heç bir xəbəri olmayan, təcrübəsiz biri olduğu da həmin məlumatlar sırasında yer alıb. Həmin informasiyalarda R. Məmmədovanın 200 min manat verərək, sözügedən postu ələ keçirdiyi də bildirilir.Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla yaxın qohum olması da. Bugünlərdə isə Sonolay.org-un redaksiyasına Hallacova Mədinə Məhəmməd qızının şikayət məktubu daxil olub. Onun şikayətini olduğu kimi dərc edirik: “Mən Hallacova Mədinə Məhəmməd qızı 31 avqustda Müəllimlərin işə qəbul müsabiqəsində “41” bal toplayaraq İnformatika fənni üzrə Füzuli rayon musiqi təmaüllü gimnaziyaya iş imkanı qazanmışam .10 saat dərs yükü və məsafə fərqi üçün H2 tədbiri olan məktəbə. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017/2018 tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında da vakansiyanın gizlədildiyi təqdirdə , aidiyyatı Təhsil qurumlarının cəzalanacağı yazılsa da ,qəbul olduğum iş yerinə qeydiyyat zamanı məlum oldu ki, Füzuli təhsil şöbəsində vakant dərs yükü “19” saatdır. Əgər ,Təhsil naziri Mikayıl Cabbarovun yeni əmrinə nəzər salsaq “Müəllimlərin diaqnostik qiymətləndirməsi” prosesinin başa çatmasından sonra həftəlik dərs yükü “18 “saata qaldırıldığı halda mənə 10 saat dərs yükü ilə kiyafətlənməli olduğum bildirildi. Gizlədilən 9 saatın Füzuli Rayon Təhsil şöbəsinin (6 saat dərs yükü) metodistinin ,yerdə qalan (3 saat dərs yükü) isə Riyaziyyat -İnformatika müəlliminin “dərs yükü”dür olduğu deyilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Dərs bölgüsü” ilə bağlı son təlimatına əsaslansaq “İnsan resursları” üzrə sektor müdir müavini Eşqi Bağırovun təlimatını nəzərə alsaq , “Direktor”, “müavin” və “metodistlər”, “6” saata qədər dərs yükü ilə o zaman təmin edilə bilər ki, müəllimin həftəlik dərs yükü “18” saata çatsın ( ədalətli dərs bölgüsü aparılsın ) və əlavə müəllim tələbatı yarandığı halda ixtisas müəllimi dəvət olunsun.. Dəfələrlə Füzuli Rayon Təhsil şöbəsinin müdiri “Ramella Məmmədova”nın qəbulunda olsam da məsələylə bağlı “18” saat dərs yükümü Azərbaycan Respublikasının Təhsil nazirliyinin təlimatlarını əsas gətirib şikayət edəcəyimi bildirsəm də, mənə “Ceyhun Bayramov a yaz,Mikayıl Cabbarova yaz” kimi ifadələrlə ələ salb. Bir gənc müəllim kimi əziyyətlə təhsil alıb ,əziyyətlə iş imkanı qazanırıq. Mənə maraqlıdır Füzuli Rayon Təhsil şöbəsi hansı səbəbdən Təhsil Nazirliyinin təlimatlarını gözardı edir? Və ya hal-hazırda yaşadığımız Füzuli rayon Kərimbəyli kənd orta məktəbinin informatika müəllimi 8ildir ki, “sosial məzuniyyətdədir” . Dərs yükü maliyyə pozuntusu hesab olunsa da,nə üçün riyaziyyat müəllimlərinin arasında bölünür? Bir ixtisas müəliminə hansı səbəbdən bu qədər geniş imkan yaradılır? Və ya İnformatika fənnindən şagirdlərin anlayışının olmamasına niyə belə geniş imkan yaradılır? Şəxsi maraqlar ,qanuna zidd hərəkətlər yalnız istər-istəməz ” Rüşvət” fikri yaradır. Və ya niyə vakansiya gizlədilməsi, dərs yükünün pulla alınması halları, ümumrespublika müəllimlərinin problemi olsa da hələ də öz həllini niyə tapmır? Niyə Təhsil nazirliyi lazımi tədbirləri görmür? Sizin vasitənizlə buradan vitze-prezident Mehriban Əliyevaya səslənirəm, xahiş edirəm bu süründürməçiliyə son qoyulsun .Mənim son ümidim Mehriban xanıma müraciət etməkdir. Çünki,Təhsil Nazirliyinə göndərdiyimiz məktubların heç bir xeyri yoxdur, məsələyə ciddi yanaşılmır. Əksinə Təhsil Nazirliyinə şikayət etmişik deyə sıxışdırlırırq. Mən təkcə öz problemimi deyil neçə-neçə müəllimin problemini dilə gətirirəm”.