backend

Qurban Qurbanovdan istefa qərarı

Qurban Qurbanovdan istefa qərarı













Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

AZTB.info xəbər verir ki, bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanov özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Q.Qurbanov bildirib ki, iki işdə - milli komanda və "Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar Q.Qurbanov İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.