Dəhşətli qəza: 2 ölü, 3 yaralı - YENİLƏNİB + FOTO

hadise 25-09-2014, 15:32
Dəhşətli qəza: 2 ölü, 3 yaralı - YENİLƏNİB + FOTO






















Qəzada Rusiyanın Petrozavodsk şəhərindəki Azərbaycan icmasının sədri ölüb.

Ötən gün axşam saatlarında Xızı rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci km-də qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 31 yaşlı Ağdaş rayon sakini Nurəddin Baxışovun idarə etdiyi 90 DN 353 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Dünyasını dəyişən şəxslər sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Şahbazova Möhübbət İsa qızı və 57 yaşlı Rusiya vətəndaşı Hüseynov Hamil Şakir oğludur. Xəsarət alanlar isə sürücü Nurəddin Baxışov, sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Lətif Şahbazov və 21 yaşlı Rusiya vətəndaşı Şakir Hüseynovdur. Onlardan 2-si yüngül xəsarətlər alsa da, dünyasını dəyişən qadının həyat yoldaşı Lətif Şahbazovun vəziyyəti orta-ağırdır.

Qəza zamanı dünyasını dəyişən H.Hüseynov Rusiya Federasiyasının Petrozavodsk şəhərində Azərbaycan icmasının sədridir. Hadisənin baş verməsinə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

10:17

Bakı-Quba-Rusiya sərhədi yolunun 77-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, yolun Xızı rayonu hissəsində Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı maşının aşması nəticəsində 2 nəfər dünyasını dəyişib.

Sərnişindaşıma ilə məşğul olan 1983-cü il təvəllüdlü sürücü, Ağdaş sakini Nürəddin Bahəddin oğlu Baxışov yaralanıb.

Sərnişinlərdən 56 yaşlı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin sakini Məhəbbət İsa qızı Şahbazova və hələlik kimliyi məlum olmayan sərnişin ölüb. Məhəbbət Şahbazovanın azyaşlı oğlu isə yaralanıb. Yaralılar Siyəzən rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dəhşətli qəza: 2 ölü, 3 yaralı - YENİLƏNİB + FOTO
Oxunub: 749
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10