backend

Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” – VİDEO

Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” – VİDEO














İŞİD terror təşkilatının azərbaycanlı terrorçularından birinin videogörüntüsü yayılıb.

İraq və ya Suriyada çəkildiyi bilinməyən videoda danışan terrorçu Azərbaycandakı
əqidədaşlarına çağırış edərək, “Dövlətinizə gəlin” deyir və onları da İŞİD-ə qoşulmağa
səsləyir.

Terrorçunun çıxışı zamanı “Orucluq necə keçir?”, sualından aydın olur ki, çəkiliş
Ramazan ayına, yəni may-iyun ayları arasındakı müddətə aiddir.

Avtomobildə naşid (sinxron səslərdən ibarət dini musiqi) dinləyərək çağırış edən terrorçu
əqidədaşlarına gəlməyəcəkləri şəkildə peşman olacaqlarını, problemlər olacağını
bildirərək, “əxi”ləriylə birgə, öz ailəsinə; anasına, bacılarına və qardaşlarına da səslənir.