Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Iqtisadiyyat 25-09-2014, 15:38
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir






















Avtobusların sayı artırılır.

Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçəcək.

qaynarxett.az Xezerxeber.com-a istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzalın şöbə müdiri Mətləb Abidi deyib.

Onun sözlərinə görə, rayonlara gedən avtobusların sayı artırılacaq:

“Nazirlər Kabinetinin qərarına əsasən oktyabrın dörd və beşi Qurban bayramıdır. Bununla əlaqədar Beynəlxalq Avtovağzal oktyabr ayının 1-dən gücləndirilmiş iş rejiminə keçəcək. Sözsüz ki, bayram günləri adi günlərdən daha çox sərnişin olacaq. Bu baxımdan avtobusların sayı artırılacaq. Bayram günlərinə az qalmış daha çox hansı istiqamətdə sərnişin axınının çoxaldığını nəzərə alaraq o istiqamətdə avtobusların sayını artıracayıq”.

Avtovağzal rəsmisi bildirib ki, bayram günlərində avtobuslarda gediş haqqlarının süni şəkildə qaldırılmasına ciddi nəzarət olunacaq:

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri də qeyri-iş günü olacaq.
Oxunub: 1 100
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10