backend

CƏMİYYƏTDƏ SAYILIB SECİLMƏYİN YOLU DÜRÜSTLÜKDƏN KECİR...

CƏMİYYƏTDƏ SAYILIB SECİLMƏYİN YOLU DÜRÜSTLÜKDƏN KECİR...
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Xırdalan şəhərindəki 23 saylı körpələr evi-uşaq bağçasının müdiri AYBƏNİZ XANIM SADIXOVA barədə bəhs edəcəyik. Həm də məmur olaraq yox. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə

VAR-DÖVLƏTİ GƏLMƏZ SAYA, ANLAYAN OLSA...

Bütün deyilənləri, yazılanları kənara qoyaraq elinin, obasının təəssübünü cəkən bir insan kimi tanıdığımız Aybəniz Sadıxova haqda bəzən mediada yer alan uydurmalar gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılan yazılara cavab olaraq gerçək olanı deyək: “Bəli, Aybəniz Sadıxova təsəvvürünüzə gətirmədiyiniz qədər zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Bu xanımın saf, təmiz qəlbi var. Neyləsin ki, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutmasını, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya və s. xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə sizin yanınızda “ Aybəniz müəllimənin böyük, tükənməz bir xəzinəsi var”- deyib, sadəcə siz hər şeyi baş-ayaq anlamısız…

VƏZİFƏNİ HÖRMƏTƏ MİNDİRƏN QADIN

Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Aybəniz xanım Sadıxova vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən QADINlarımızdandır.

O, bu vəzifəyə rahat həyat sürmək üçün gəlməyib. Həm də var dövlət toplamaq üçün yox. Çünki Aybəniz xanımın həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, bir elin, obanın qəbul etdiyi Lider olaraq öz işinin başındadır. Körpələri SABAHa hazırlamaq!!! Bundan oyanası onu düşündürmür.

KİCİK BİR HAŞİYƏ:

Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Aybəniz xanımı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Aybəniz müəlliməylə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran xanımdır. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, inzibati üsullarla yox, sözlə islah etmək daha effektli olar!”.
CƏMİYYƏTDƏ SAYILIB SECİLMƏYİN YOLU DÜRÜSTLÜKDƏN KECİR...

CƏMİYYƏTDƏ SAYILIB SECİLMƏYİN YOLU DÜRÜSTLÜKDƏN KECİR...

Bəli, yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmagı, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Rəallıqda baş vərənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük, eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı, represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavid, Əhməd Cavad, Şərqdə ilk dəmokratik cumhuriyyətin qurucularından daha kimlərin? Sonda tarix bizlərə anlatdı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə deyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız, elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayır. Yəni o da bu həyatda yaşayır, biz də.
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin-amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə edilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları "zakazları" yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına görə, ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət vərib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul eilər.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yüz ildə yətişdirdiyi ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs dəyil, bütün ömrünü işıqlı sabahımz olan körpələrimizin yetşdirilməsi, təlim-tərbiyəsi işinə sərf edib. Bəli, o, məsul bir kollektivin rəhbəridir. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o, üzdən diriykən özünə rəhmət qazanıb.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları, dedi-qoduları kimlər nə məqsədə yazdırır, yayır. Ancaq bu dərəcədə olmaz. Ziyalı- pedaqoq olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar Abşeron əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Xırdalan şəhərindəki 23 saylı körpələr evi-uşaq bağçasının müdiri AYBƏNİZ XANIM SADIXOVA ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
CƏMİYYƏTDƏ SAYILIB SECİLMƏYİN YOLU DÜRÜSTLÜKDƏN KECİR...
Xırdalan şəhərindəki 23 saylı körpələr evi-uşaq bağçasının müdiri AYBƏNİZ XANIM SADIXOVA bütün bölgədə belə xarakterizə olunur


… Yeganə baxca müdürüdür ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə baxca müdürüdür ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə sadəcə “müəllim” deməsi də burdan qaynaqlanır.

… Yeganə baxca müdürüdür ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…


Qaynarxett.az