backend

Rusiyadan müharibə həyəcanı — Moskva narahatdır

Rusiyadan müharibə həyəcanı — Moskva narahatdır














Rusiya Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılması ilə bağlı narahatlıq keçirir.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Verilən məlumata görə, bu hadisə regionda çaxnaşmaya və müharibəyə səbəb ola bilər.

Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb. Raket Səudiyyə Ərəbistanı havadan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib. Hadisə ilə əlaqədar Yəməndə fəaliyyət göstərən Husilər təşkilatı məsuliyyəti öz üzrəinə götürüblər. Yəməndən Kral Xalid beynəlxalq hava limanına atılan raketlər savaş elanı kimi dəyərləndirilib. Bununla da, ərəb koalisiyası Yəmənlə hava və su əlaqələrini kəsməyə qərar verib.