backend

Türkiyə ilə Ermənistan sərhədi möhkəmləndirildi

Türkiyə ilə Ermənistan sərhədi möhkəmləndirildi













Türkiyə ilə Ermənistan sərhədində nəzarət kameraları quraşdırılıb.
AZTB.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Verilən məlumata görə, nəzarət kameraları Qars valiliyi tərəfindən quraşdırılıb.
Bildirilib ki, kameraların qoyulması üçün 2 milyon 880 min lirə vəsait xərclənib. Bu avqustun 3-dən həyata keçirilməyə başlanılıb və bu gün yekunlaşıb. Bununla da baş verə biləcək hansısa neqativ hadisələrin qarşısı vaxtında alına biləcək.