backend

Erməni quldur dəstəsi Moskvada bank soyub

Erməni quldur dəstəsi Moskvada bank soyub






















“Quldurluq” maddəsi üzrə cinayət işi açılıb.

DİN əməkdaşları Rusiyanın DİN ÇRXD-nin dəstəyi ilə Kalujskaya vilayətində bankın soyulmasında şübhəli bilinən etnik mütəşəkkil qrupun üzvlərini saxlayıblar, qaynarxett.az RosBalt-ın məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin avqust ayında quldur dəstə Kalujskaya vilayətinin banklarından birinin ofisinə hücum edərək 18 milyon rubl məbləğində pul vəsaitinə sahib olublar.

Fakt üzrə “Quldurluq” maddəsi üzrə cinayət işi açılıb.

Moskva və Kalujskaya vilayətlərində əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətin törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb. Bu, 36-44 yaş arasında olan 4 nəfər, əslən Ermənidstandan olan şəxslərdir.

Axtarış zamanı şübhəli bilinənlərin yaşadığı ünvanlarda xarici avtomobil, travmatik tapança, telefonlar, sim-kartlar və ratsiya tapılıb və müsadirə edilib.