backend

“ABŞ-ın Putinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyirəm” — Sobçakdan ŞOK SÖZLƏR, VİDEO

“ABŞ-ın Putinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyirəm” — Sobçakdan ŞOK SÖZLƏR, VİDEO













2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürmək istəyən tanınmış teleaparıcı Kseniya Sobçak noyabrın 9-da verdiyi qalmaqallı açıqlamasına aydınlıq gətirib.
“Ölkə.Az” xəbər verir ki, Sobçak “İnstagram” səhifəsində yazıb ki, əslində onun fikirləri səhv başa düşülüb. O, bildirib ki, verdiyi açıqlamada ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yox, Putin və onun ətrafına qarşı qadağaları dəstəklədiyini demək istəyib.

“Əvvəlcə CNN kanalına verdiyim açıqlamaya baxdıqları üçün bütün tamaşaçılara minnətdaram. Lakin təəssüf ki, orada dediyim sözlər bəziləri tərəfindən səhv başa düşülüb. Mən əsla ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləmirəm. Mən ABŞ-ın Putin və onun ətrafına qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyirəm”, - deyə Sobçak bildirib.
Qeyd edək ki, Kseniya Sobçak gələn il Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.