backend

TƏCİLİ!!! 2017-də istefa təhlükəsi sovuşan nazir və məmurların siyahısı - Eksklüziv

TƏCİLİ!!! 2017-də istefa təhlükəsi sovuşan nazir və məmurların siyahısı - Eksklüziv

2017-ci ildə ağır sınaqlardan keçən nazir-məmur korpusu oldu. Onların zaman-zaman vəzifələrini itirmək təhlükəsi yarandı. Lakin sehrli əllər həmin məmurların istefasını ertələdi


Palitika.Az-ın hazırladığı arayışdan da məlum olur ki, bəzi hallarda nazir və məmurlar barəsində düşmənləri tərəfindən kompromat materiallar sızdırıldı, kampaniya aparıldı, qara piar başladıldı.
Amma onlar bu imtahanlardan çıxmağa müvəffəq oldular. Məsələn, maliyyə naziri Samir Şərifov.
Onun adı həm üç ölkənin agenti, həm Beynəlxalq bank işi, həm manatın devalvasiyasında keçirdi.
Hətta S.Şərifov postundan gedə bilərdi. Ancaq nazirin dadına media emissarları çatdı və onun barəsində yazılara fasilə verildi.
Digər məmur - əmlak məsələləri üzrə dövlər komitəsinin sədri Kərəm Həsənov idi. Onun adı Çexiyadakı biznes, əmisi oğlunun adam döyməsi, ən nəhayət MTN işi və Fərhad Əliyev məsələsində, ümumən müxtəlif qalmaqallarda keçirdi. K.Həsənov da tilsimi qırdı və özünü xilas edə bildi.
Eyni sözləri Qafqazın şeyxi Allahşükür Paşazadə haqda söyləmək olar. Şeyxin Çexiyada bir qadınla şərikli biznesi, varisinin oğlu olması və övladının birdəfəlik ölkədən getməsi, qudasının oğlunun həbsi QMİ sədrinə qarşı bir kampaniya idi.
Paşazadə özü də mətbuata bildirmişdi ki, onu sevməyən qüvvələr fitnə yaradırlar. Beləcə, prezidentə sədaqəti ilə seçilən Şeyx təhlükəni atlatdı.
Zaman-zaman Bakı meri Hacıbala Abutalıbov, Bakı Liftlər İdarəsi müdiri Qüdər Şükürov, Nərimanov rayon icra başçısı müavini Şahmar İbadov vəzifələrini itirə bilmək təhlükəsi yaşayıblar.
Onların sırasında ən iri fiqur baş nazirin müavini Əli Həsənov idi. Nəvəsinin məlum cinayəti ona baha başa gəlmişdi.
Palitika.Az xəbər verir ki, dövlət başçısı ona, xalqa və dövlətçiliyə sadiq olan, xalqın rəğbətini qazanmış, fəaliyyəti ilə fərqlənən və vətəndaların müraciətlərinə həssas yanaşan nazirləri hökumətin tərkibində saxlayacaq.
Mənbənin sözlərinə görə, prezident Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənovla işləməyə davam edəcək.
Onların fəaliyyəti həqiqətən həm dövlət, həm xalq tərəfindən təqdir olunur. Eyni zamanda komandada fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Xarici İşlər nziri Elmar Məmmədyarov komandada yer alacaq.
Eyni zamanda yaşanmış icra başçıları, komitə sədrləri də vəzifələri ilə vidalaşmalı olacaqlar.
Bu siyahıda Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə, Azərişıq ASC sədri Baba Rzayev, Azərenerji ASC prezidenti Etibar Pirverdiyev, baş naziri müavini İsmət Abbasov İ.Əliyevin işləmək istəmədiyi məmurlardır.
Amma nazirlərdən vəgüc strukturları rəhbərlərindən Ramil Usubov, Mədət Quliyev, Zakir Qaralov, Zakir Həsənov, habelə Səlim Müslümov, Ramin Quluzadə, Mikayıl Cabbarov, Elmar Məmmədyarov və s. Əliyevin işləmək istədiyi kadrlar sırasındadır. Habelə, Əli Həsənov, Fuad Ələsgərov, Novruz Məmmədov və digərləri 2018-dən sonrakı komandanın əsas fiqurları kimi qalacaqlar.

Qaynarxett.az