backend

Cizgi filmində Atatürk təhqir olunub — Türkiyədə qalmaqal + VİDEO

Cizgi filmində Atatürk təhqir olunub — Türkiyədə qalmaqal + VİDEO













ürkiyədə böyük qalmaqal yaranıb.
“Ölkə.Az” xəbər verir ki, TRT Media Şirkətinin tərkibinə daxil olan “TRT-Cocuk” telekanalında yayımlanan cizgi filmində Mustafa Kamal Atatürkün təhqir olunduğu bildirilib. Bu barədə sosial şəbəkələrdə, eləcə də, Türkiyə mətbuatında məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, “TRT-Cocuk” telekanalında yayımlanan ?’İstanbul Muhafızları’’ (İstanbul Mühafizəsi) gizgi filmində Atatürk təhqir edilib.

Filmin mənfi qəhrəmanlarından biri “Pis adam” müsbət qəhrəmanlar olan 4 uşağı yaxalayıb. O, köməkçisinə uşaqlarla necə rəftar etmək barədə təlimatlar verir. “Pis adam” uşaqları ələ salır. Uşaqlardan birinin isə çox zəif və bacarıqsız olduğunu bildirir. Bu sırada onun köməkçisi əlindəki qeyd dəftərini deyilənləri yazır. Dəftərinin sonunda isə Atatürkün imzası və adı yazılıb.
Gizgi filmin bu bölümü çoxsaylı şikayətlərdən sonra “YouTube” video portalından silinib. Həmin gizgi filminin rejissorları və çəkiliş heyyətinin cəzalandırılması və kanal rəhbərliyi barədə tədbirlərin görülməsi üçün çoxsaylı insanlar şikayət ediblər. Bununla bağlı millət vəkilləri də lazımı dairələrə müraciət edib.